Bank Of Baku

“Media və hərbi vətənpərvərlik” müsabiqəsi yekunlaşmaq üzrədir

“Media və hərbi vətənpərvərlik” müsabiqəsi yekunlaşmaq üzrədir
# 22 fevral 2008 12:40 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Azərbaycan Mətbuat Şurasının Tərtər rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi “Media və hərbi vətənpərvərlik” müsabiqəsi yekunlaşmaq üzrədir. Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya bildirib ki, müsabiqənin qalibləri Novruz bayramı ərəfəsində cəbhəyanı bölgədə keçiriləcək media festivalında elan ediləcək və onlara mükafatlar təqdim olunacaq. Ə. Amaşovun sözlərinə görə ki, Şura KİV-də hərbi vətənpərvərlik mövzusu ilə bağlı materialların gündəlik monitorinq aparır: “Diqqətçəkən materiallara rast gəlinir. Amma təəssüf ki, KİV-lərin bu mövzunu işıqlandırmaları yetərli deyil. Halbuki ölkəmiz üçün taleyüklü məqamda hərbi vətənpərvərlik məsələsi ilə bağlı istiqamətləndirici mətbu sözün böyük əhəmiyyətə malik olduğu nəzərə alınmalıdır”.
Şura sədri bütün bunları nəzərə alaraq, mətbuatın mövzuya daha həssas yanaşmasının vacibliyini bildirib. Onun sözlərinə görə, münsiflər heyəti müsabiqəyə təqdim olunan yazıları qiymətləndirərkən sənətkarlıq xüsusiyyətlərinə, araşdırmanın kamilliyinə diqqət yetirəcək. Hərbi vətənpərvərlik mövzusuna daha geniş yer verən KİV-lər də mükafatlandırılacaq.
Qeyd edək ki, müsabiqənin təşkili KİV rəhbərlərinin ötən ilin dekabrında Mətbuat Şurasının layihəsi çərçivəsində Tərtərə səfəri zamanı təklif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR