Bank Of Baku

Bir neçə jurnalist təşkilatının Azərbaycan mətbuatında apardığı monitorinqin 3 aylıq nəticələri açıqlanıb

Bir neçə jurnalist təşkilatının Azərbaycan mətbuatında apardığı monitorinqin 3 aylıq nəticələri açıqlanıb
# 22 fevral 2008 14:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bir neçə jurnalist təşkilatının Azərbaycan mətbuatında apardığı monitorinqin 3 aylıq nəticələri açıqlanıb. APA-nın məlumatına görə, monitorinqin nəticələri ilə bağlı keçirilən tədbirdə bildirilib ki, ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən “KİV-də peşə etikası norma və qanunların gözlənilməsi” layihəsinin həyata keçirilməsində Azərbaycan Jurnalistlər Birliyi, “Yeni Nəsil” Jurnalistlər Birliyi, “RUH” Jurnalistləri Müdafiə Təşkilatı, “Nəcəf Nəcəfov” Fondu və Demokratik Jurnalistlər Liqası iştirak edir. Monitorinq bir il müddətində həyata keçiriləcək. Layihənin məqsədi mətbuatda jurnalist etikası prinsiplərinin gözlənilməsi sahəsindəki obyektiv mənzərəni müəyyən etmək, pozuntuları üzə çıxarmaqdır. Qrupun rəhbəri İsrail Musayev bildirib ki, monitorinq 59 qəzet və 3 internet saytında aparılıb. Üç aylıq monitorinqin nəticələrinə görə, ümumilikdə qəzetlər üzrə 18 min 715, saytlar üzrə 783 pozuntu üzə çıxıb. Jurnalist Kodeksinin tələbləri ilə müəyyən olunan pozuntularda 55,3 faizi həqiqətə xidmət, dəqiqlik və obyektivlik, 32,9 faizi məlumat mənbəyinə hörmətli münasibət, 11,7 faizində isə adın qorunması, şərəf və ləyaqət, şəxsi həyatın toxunulmazlığı prinsipləri pozulub. Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, üç ay müddətində 89 yazıda hüquqi problemlər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR