Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşına təzyiq edilib

“Azadlıq” qəzetinin əməkdaşına təzyiq edilib
# 22 fevral 2008 16:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Bu gün “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəliə qarşı təzyiq olub. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. A. Əhmədov deyib ki, bu gün saat 17.00 radələrində redaksiyaya Bakının Binəqədi rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı xəbər daxil olub. Hadisə yerinə gedən müxbir A. Xəlilov şəkil çəkmək istəyəndə ərazidə ağac kəsənlərin təzyiqi ilə üzləşib. Müxbirin müxtəlif xəsarətlər aldığını deyən A. Əhmədov Mətbuat Şurası təmsilçilərinin iştirakı ilə faktla bağlı müvafiq polis bölməsinə müraciət edəcəklərini bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə APA-ya qurumun icraçı katibinin hadisə yerinə getdiyini deyib. O, bu hadisəni pislədiyini, faktla bağlı müvafiq qurumlara müraciət edəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR