Bank Of Baku

Mətbuat Şurası “Azadlıq” qəzetinin əməkdaşının fiziki təzyiqə məruz qalması ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib

Mətbuat Şurası “Azadlıq” qəzetinin əməkdaşının fiziki təzyiqə məruz qalması ilə bağlı baş prokurora və daxili işlər nazirinə müraciət edib
# 25 fevral 2008 14:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilovun fiziki təzyiqə məruz qalması ilə bağlı baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, müraciətdə A. Xəlilovun redaksiya tapşırığı əsasında fevralın 22-də Bakının Binəqədi rayonunda, 6-cı mikrorayonla 9-cu mikrorayonun kəsişməsində yerləşən zeytun bağında ağacların kəsilməsi və yandırılması ilə bağlı reportaj hazırlayarkən iki nəfər tərəfindən zorakılığa məruz qaldığı bildirilir: “Təxminən 45-55 yaşlarında iki naməlum şəxs xidməti vəzifəsini yerinə yetirən jurnalistin vəsiqəsini əlindən alıb, ona müəyyən bədən xəsarətləri yetirərək fotoaparatını mənimsəmək istəyiblər”. MŞ hadisəni jurnalistin peşə fəaliyyətinin yolverilməz üsullarla məhdudlaşdırılmasına yönələn hərəkət kimi qiymətləndirərək A. Xəlilova fiziki xəsarət yetirənlər barəsində qanuni ölçü götürüləcəyinə əminliyini ifadə edib.
“RUH” Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsi də bu gün bəyanat yayaraq, jurnalistin döyülməsini pisləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR