Bank Of Baku

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Türkiyənin TRT telekanalı arasında əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Türkiyənin TRT telekanalı arasında əməkdaşlığa dair saziş imzalanıb
# 27 fevral 2008 09:06 (UTC +04:00)
İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə Türkiyənin TRT telekanalı arasında əməkdaşlığa dair saziş imzalanıb. Bu barədə APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsindən məlumat verilib. Məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərdə məqsəd TRT ilə İctimai Teleradio arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparılmasıdır. Telekanallar arasında imzalanan sazişə əsasən, tərəflər həm televiziya, həm də radioda ortaq proqramlar hazırlayacaq və digər layihələr reallaşdıracaqlar. Bundan əlavə, tərəflər proqram, texniki və yaradıcı təcrübə mübadiləsi də həyata keçiriləcək. Səfər çərçivəsində həmçinin yeni bir layihənin əsası qoyulacaq. Belə ki, Azərbaycan İctimai Teleradiosu, TRT və Gürcüstan teleradiosu arasında əldə olunmuş razılaşmaya əsasən, milli musiqi və mədəniyyətləri tanıdan ortaq proqramlar hazırlanacaq. Bu gün təşkil olunacaq ilk proqramda iştirak etmək üçün Azərbaycandan Türkiyəyə tanınmış gənc muğam ifaçıları gediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR