Bank Of Baku

“Amnesty İnternational” təşkilatı Azərbaycan hökumətini Elmar Hüseynovun qatillərini tapmağa çağırıb

“Amnesty İnternational” təşkilatı Azərbaycan hökumətini Elmar Hüseynovun qatillərini tapmağa çağırıb
# 29 fevral 2008 13:15 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. “Amnesty İnternational” təşkilatı “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üçüncü ildönümü ərəfəsində açıqlama yayıb. APA-nın məlumatına görə, E.Hüseynovun qatillərinin hələ də tapılmamasından narahatlığını bildirən təşkilat Azərbaycan hakimiyyətini bu istiqamətdə səylərini artırmağa çağırıb. Təşkilat Azərbaycanda mətbuat və söz azadlığına təzyiqlərin olduğunu da qeyd edərək, bunun aradan qaldırılmasının vacibliyini qeyd edib. Qeyd edək ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də öz evinin qarşısında qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR