Bank Of Baku

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi ötən ay ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair keçirdiyi monitorinqi yekunlaşdırıb

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi ötən ay ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair keçirdiyi monitorinqi yekunlaşdırıb
# 03 mart 2008 14:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi (AJMK) fevral ayında ölkədə söz və mətbuat azadlığının vəziyyətinə dair monitorinqini yekunlaşdırıb. Komitədən APA-ya verilən məlumata görə, monitorinq zamanı müəyyənləşib ki, ötən ay “Yeni Müsavat” və “Azadlıq” qəzetləri məhkəmə subyekti rolunda çıxış ediblər, jurnalistlərlə bağlı proseslərin hamısı Yasamal rayon Məhkəməsində baş tutub. Fevral ayında jurnalistlərlə bağlı məhkəmə prosesləri yanvar ayı ilə müqayisədə azalıb, məhkəmələr jurnalistlərə qarşı hökm çıxarmayıblar. Ötən ay jurnalistlərin məlumat almaq hüququnun məhdudlaşdırılmasına yönələn 2 fakt qeydə alınıb ki, bunlardan biri jurnalistə qarşı təzyiqlə müşayiət olunub: “”Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilov fevralın 22-də Binəqədi rayonunda 6-cı mikrorayonla 9-cu mikrorayonun kəsişməsində, zeytun bağları adlanan ərazidə peşə vəzifəsini yerinə yetirərkən 2 şəxs tərəfindən döyüldüyünü bildirib. Jurnalistin məlumat almaq hüququnun məhdudlaşdırılmasına yönələn ikinci fakt isə “Bizim yol” qəzeti ilə bağlıdır. Qəzetin əməkdaşı Natiq Güləhmədoğlu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova və Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadəyə müğənni Röyanın Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə necə qəbul olunması ilə əlaqədar ünvanladığı sorğuya cavab almayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR