Bank Of Baku

Fevral ayı üçün media problemlərinin monitorinqinin nəticələri açıqlanıb

Fevral ayı üçün media problemlərinin monitorinqinin nəticələri açıqlanıb
# 04 mart 2008 12:23 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Demokratik Jurnalistlər Liqasının (DJİ) Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” adlı layihə çərçivəsində fevral ayı üçün apardığı monitorinqin nəticələri açıqlanıb. DJİ-dən APA-ya verilən məlumata görə, söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı fevral ayında 26 fakt qeydə alınıb. Bu müddətdə 1 KİV əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən 2 nəfər naməlum şəxs tərəfindən döyülərək bədən xəsarəti alıb, 3 KİV əməkdaşı naməlum şəxs tərəfindən hədələnib, 1 KİV əməkdaşı 3 gün aclıq edib. Binəqədi rayon Məhkəməsində KİV-lərdən birinin baş redaktor əvəzinə və əməkdaşına qarşı Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında qaldırılmış iddianın məhkəmə baxışına verilməməsi barədə qərar qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR