Bank Of Baku

Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə növbəti monitorinq keçirib

Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə növbəti monitorinq keçirib
# 05 mart 2008 12:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Mətbuat Şurası (MŞ) mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə növbəti aylıq monitorinq keçirib. Şuradan APA-ya daxil olan məlumata görə, gündəlik və həftəlik mətbuat orqanları arasında aparılan monitorinq ümumi səciyyə daşıdığından konkret hansı KİV-in neçə məlumat dərc etdiyi, məlumatları hansı mənbələrdən aldığı, neçə dəfə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nı pozduğu göstərilməyib. Monitorinq zamanı ölkə mətbuatının fevral ayında daha çox siyasi yönümlü materialların dərcinə üstünlük verdiyi müəyyənləşib. Eyni tendensiya şou-biznes və tibb sahəsində, həmçinin kriminal mövzuda materialların çapında da müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR