Bank Of Baku

MTRŞ üzvü: “Rusiya Azərbaycan televiziyasının hökumətlərarası saziş əsasında yayımını təmin etsə, Azərbaycan da bu yöndə addım atar”

MTRŞ üzvü: “Rusiya Azərbaycan televiziyasının hökumətlərarası saziş əsasında yayımını təmin etsə, Azərbaycan da bu yöndə addım atar”
# 05 mart 2008 13:17 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. “Rusiya və Azərbaycan teleradio yayımçılarının qarşılıqlı yayımı ilə bağlı yaranmış vəziyyəti dəyişmək Rusiyanın atacağı addımdan asılıdır”. Bunu APA-ya Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Qafar Cəbiyev bildirib. Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun qarşılıqlı yayımla bağlı iki ölkə arasında bir qədər əvvəl aparılan danışıqların hələ də bərpa edilməməsi, bu məsələnin mürəkkəb olması barədə açıqlamasına münasibət bildirən MTRŞ üzvü deyib ki, Azərbaycan Rusiyanın atacağı addımı gözləyir: “Rusiya-Azərbaycan münasibətləri yüksələn xətlə inkişaf edir. Bütün sahələrdə əməkdaşlıq əlaqələri genişlənir və biz bunu alqışlayırıq. Amma teleradio yayımı xüsusi sahədir. Bu sahə Azərbaycanda olduğu kimi, Rusiyada da lisenziyalaşdırılan fəaliyyət növüdür. Əgər Rusiya tərəfi Azərbaycan televiziyasının hökumətlərarası saziş əsasında yayımlanmasını nə vaxtsa təmin etsə, o zaman Azərbaycan da bu yöndə addım atmağa hazırdır. Azərbaycan tərəfi bu məsələ ilə bağlı mövqeyini həm danışıqların gedişində, həm də sonradan dəfələrlə bəyan edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR