Bank Of Baku

İranda azərbaycanlı jurnalist saxlanılıb

İranda azərbaycanlı jurnalist saxlanılıb
# 07 mart 2008 11:18 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından jurnalist Sahibalı Xudabəxş (Elyaz Yekanlı) bu ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya Güney Azərbaycan İstiqlal Partiyasının Araşdırmalar və İnformasiya Mərkəzinin rəhbəri Sadıq İsabəyli məlumat verib. Onun sözlərinə görə, S. Xudabəxş martın 6-da Urmiyada “Qərbi Azərbaycan Məzunları” təşkilatının Gənclər Komitəsi tərəfindən təşkil olunan tədbirdə iştirak edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. S. İsabəyli deyib ki, S. Xudabəxş 2006-cı ilin əvvəllərində də həbs olunub və dövlət quruluşuna qarşı fəaliyyətdə ittiham edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR