Bank Of Baku

“Yeni Azərbaycan”ın baş redaktoru: “YAP-ın təkamül prinsipinə uyğun olaraq qəzetdə keyfiyyət dəyişikliyi edəcəyik”

“Yeni Azərbaycan”ın baş redaktoru: “YAP-ın təkamül prinsipinə uyğun olaraq qəzetdə keyfiyyət dəyişikliyi edəcəyik”
# 11 mart 2008 13:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru dəyişdirilsə də, kollektivdə ciddi dəyişiklik nəzərdə tutulmur. Bunu APA-ya açıqlamasında qəzetin yeni baş redaktoru Hikmət Babaoğlu deyib. Bununla yanaşı, o, redaksiyaya yeni kadrların cəlb olunmasının planlaşdırıldığını da söyləyib: “Çalışacağıq ki, daha maraqlı yazılarla çıxış etməyi bacaran, analitik təfəkkürü zəngin olan, hadisələri doğru qiymətləndirməyi və təqdim etməyi bacaran jurnalistləri dəvət edək. Biz bütün təbəqələri əhatə etməyə çalışacağıq ki, qəzetin əhatə dairəsi genişlənsin”. H. Babaoğlu “Yeni Azərbaycan”ın təsisçisinin Yeni Azərbaycan Partiyası olduğunu xatırladaraq bildirib ki, əsas fəaliyyətləri bu partiyanın ideoloji, siyasi və iqtisadi prinsiplərinin həyata keçirilməsi üçün təbliğat qurmaqdan ibarət olacaq: “Artıq Azərbaycanda mətbuatın formalaşması prosesi başa çatıb və hər qəzetin öz dəst-xətti var. “Yeni Azərbaycan” da kifayət qədər tanınmış, öz ətrafına oxucu toplamış qəzetdir. Ona görə də burada birdən-birə radikal, inqilabi dəyişiklik etmək çətindir. YAP-ın prinsiplərindən biri təkamül prinsipidir və biz də bu prinsipə uyğun olaraq qəzetdə keyfiyyət dəyişikliyi edəcəyik”. H. Babaoğlu qəzetin tirajının artırılmasına tərəfdar olduğunu, amma bunun inzibati yolla həyata keçirilməsini istəmədiyini vurğulayıb: “Biz tiraj artımını qəzeti daha maraqlı çıxarmaqla reallaşdırmaq istəyirik”. Qəzetdə müxalifətə nə qədər yer veriləcəyinə gəldikdə, H. Babaoğlu deyib ki, bunu iş prosesi göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR