Bank Of Baku

Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub

Azərbaycanda insan hüquq və azadlıqlarının vəziyyəti BMT-nin İnsan Haqları Şurasında müzakirə olunub
# 13 mart 2008 09:50 (UTC +04:00)
APA-nın BMT İnsan Haqları Şurasının rəsmi saytına istinadən verdiyi məlumata görə, A. Liqabo qeyd edib ki, ötən il Azərbaycana səfəri zamanı ölkənin media sektorunun bir sıra problemlərlə üzləşdiyi faktını aşkarlayıb. BMT təmsilçisi Azərbaycanın Cinayət Məcəlləsində böhtana görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını, bir neçə jurnalistin həbsini narahatedici fakt adlandırıb. A. Liqabo bu məsələlərlə bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr apardığını, rəsmi Bakıya qeyd olunan maddəni Cinayət Məcəlləsindən çıxarmağı və jurnalistlərin təhlükəsizliyinə təminat vermək üçün tədbirlər görməyi tövsiyə etdiyini deyib. O, bu kimi narahatedici faktlarla yanaşı, Azərbaycan mediasında müsbət məqamların olduğunu bildirib, geniş mətbuat şəbəkəsinin varlığını, mətbuatda fərqli fikirlər söylənməsinin mümkünlüyünü buna misal çəkib. Toplantıda çıxış edən BMT-nin Cenevrədəki ofisində Azərbaycanın daimi nümayəndəsi, səfir Elçin Əmirbəyov A. Liqabonun toxunduğu məsələlərə aydınlıq gətirib. Səfir bildirib ki, Azərbaycan hökuməti söz və fikir azadlığına, müstəqil mətbuatın inkişafına xüsusi diqqət yetirir. O, ölkədə senzuranın mövcud olmadığını, əksər siyasi partiyaların mətbu orqanlarının fəaliyyət göstərdiyini qeyd edib. E. Əmirbəyov vurğulayıb ki, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması bəzən müəyyən problemlərin yaranmasına səbəb olur. O, həbs olunan jurnalistlərin əksəriyyətinin həbsxanada peşəkar fəaliyyətinə görə yatmadığını bildirib. Səfir, həmçinin böhtana görə cinayət məsuliyyətini nəzərdə tutan maddənin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı danışıqlar getdiyini xatırladıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR