Bank Of Baku

Azərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib

Azərbaycan Mətbuat Şurası Qənimət Zahidlə bağlı Əfv Komissiyasına müraciət edib
# 13 mart 2008 12:23 (UTC +04:00)
Bu barədə APA-ya eksklüziv açıqlamasında MŞ-nın sədri Əflatun Amaşov bildirib. Şura sədri bu gün əfv komissiyasına məktub yazaraq, Q. Zahidin Azərbaycanda gündəlik nəşr edilən qəzetə rəhbərlik etdiyini, himayəsində dörd azyaşlı uşağın olduğunu və digər amilləri nəzərə alaraq jurnalistin əfv olunması ilə bağlı məsələyə baxılmasını xahiş etdiyini deyib. Ə. Amaşov bu vaxta qədər MŞ-nın “Azadlıq” qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakit, “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayevin də əfv olunması xahişi ilə əfv komissiyasına müraciət etdiyini deyib. Şura sədri budəfəki məktubunda da komissiya üzvlərinin hər iki jurnalistin əfv olunması ilə bağlı məsələyə də həssaslıqla yanaşacaqlarına əminliyini ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR