Bank Of Baku

Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Həsən bəy Zərdabinin vəfatının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
# 13 mart 2008 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Demokratik İslahatlar Partiyasının (DİP) təşkilatçılığı ilə “Əkinçi” qəzetinin naşiri Həsən bəy Zərdabinin vəfatının 100 illiyi ilə bağlı tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən partiya sədri Asim Mollazadə Həsən bəy Zərdabinin Azərbaycan maarifçiliyində böyük xidmətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda bir çox problemlərin milli ideologiyanın yoxluğu ilə bağlı olması barədə fikirlər səsləndirilir və kənardan ideologiya ixracına cəhdlər edilir. Bunun yanlış olduğunu bildirən A. Mollazadənin sözlərinə görə, əslində, Azərbaycanda milli ideologiya sahəsində heç bir problem yoxdur: “Həsən bəy Zərdabi bütün islam aləmində və türk dünyasında ilk mətbu orqanını təsis etdi. İslam və türk dünyasında ilk opera, caz və simfonik orkestr, qadınların seçib-seçilmək hüququ Azərbaycanda olub. Azərbaycan həmişə sivilizasiyaların dialoqu üçün istiqamət verən bir məkan olub”. Fəlsəfə elmlər doktoru Rəhman Bədəlov isə bildirib ki, milli ideologiya millətlərin özünü tanımasından başlayır. XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə Zərdabinin təhsil sahəsindəki fəaliyyəti ilə bağlı danışıb. Tədbirdə iştirak edən digər şəxslər də H. Zərdabinin maarifçilik sahəsindəki fəaliyyəti barədə öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR