Bank Of Baku

“Azadlıq” qəzetinin bıçaqlanmış əməkdaşı əməliyyat olunub

“Azadlıq” qəzetinin bıçaqlanmış əməkdaşı əməliyyat olunub
# 13 mart 2008 17:26 (UTC +04:00)
Onun sözlərinə görə, A. Xəlilə xəsarət yetirən şəxslər bir müddət onu izləyiblər, bu gün isə işdən çıxıb evə gedərkən yenidən qarşına çıxıblar. Müxbir qaçmaq istəyərkən onun ürək nahiyəsinə bıçaqla zərbə endiriblər. Baş direktor bildirib ki, artıq Yasamal rayon 26-cı polis bölməsinə müraciət ediblər.
Klinik Tibbi Mərkəzə çatdırılan müxbirin üzərində artıq əməliyyat keçirilib. Həkimləri onun reanimasiyaya yerləşdirildiyini və vəziyyətinin kafi olduğunu söyləyiblər.
A. Əhmədov APA-ya bildirib ki, Yasamal rayon Polis İdarəsinin rəisi Möhübbət Hüseynov də xəstəxanaya gəlib. O, faktın araşdırılacağını deyib.
Qeyd edək ki, “Azadlıq” qəzetinin əməkdaşı ilə bağlı bir müddət öncə insident baş vermişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR