Bank Of Baku

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu Aqil Xəlilə 400 dollar yardım ayırıb

Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondu Aqil Xəlilə 400 dollar yardım ayırıb
# 14 mart 2008 13:54 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Söz Azadlığının və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Təşkilatdan APA-ya verilən məlumata görə, iclasda “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilə sui-qəsd cəhdi müzakirə olunub və bəyanat qəbul edilib. Daha sonra mart ayı ərzində fonda daxil olan 6 müraciətə baxılıb. Müraciətlər əsasında bütövlükdə 1100 ABŞ dolları həcmində yardım ayrılması barədə qərar qəbul olunub. Peşə borcunu yerinə yetirərkən xəsarət alan A. Xəlilin müalicəsi məqsədilə 400 ABŞ dolları, məhkəmədə müdafiəsi üçün vəkillə təmin edilməsi məqsədilə “Bizim yol” qəzetinin əməkdaşı Natiq Ədilova 300 ABŞ dolları, “Yüksəliş Naminə” qəzetinin əməkdaşı Elçin Həsənova 100 ABŞ dolları məbləğində yardım edilməsi məqsədəuyğun sayılıb. Həmçinin fəaliyyətini dayandırmış “Ayna” qəzetinin əməkdaşları Xaqani İbadov, İlham Rəfiyev və Elçin Kərimovun hər birinə 100 ABŞ dolları məbləğində yardım edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR