Bank Of Baku

Norveçin Azərbaycandakı səfiri və ATƏT-in Bakı ofisinin nümayəndələri “Azadlıq” qəzetinin əməkdaşına baş çəkiblər

Norveçin Azərbaycandakı səfiri və ATƏT-in Bakı ofisinin nümayəndələri “Azadlıq” qəzetinin əməkdaşına baş çəkiblər
# 14 mart 2008 14:52 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Norveçin Azərbaycandakı səfiri Yon Ramberq və ATƏT-in Bakı ofisinin nümayəndələri “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə baş çəkiblər. APA-nın məlumatına görə, Y. Ramberq özünün də vaxtilə jurnalist olduğunu bildirib: “Jurnalistlərin apardığı iş çox vacibdir. Mən ümid edirəm ki, Aqil tezliklə sağalacaq və öz işini davam edəcək. Ona da ümid edirəm ki, hökumət tezliklə bu cinayətin arxasındakı şəxsləri aşkara çıxaracaq”. ATƏT-in Bakı ofisinin hüquq şöbəsinin əməkdaşı Roço Mario isə insident barədə kifayət qədər məlumata malik olduqlarını, hadisədən təəssüfləndiklərini söyləyib: “Ümid edirik ki, bu əməli törədənlər tapılaraq məhkəmə önünə çıxarılacaq. Hökumətin bu məsələyə lazımi diqqət göstərəcəyini gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR