Bank Of Baku

Redaktorlar Birliyinin növbədənkənar toplantısı keçirilib

Redaktorlar Birliyinin növbədənkənar toplantısı keçirilib
# 17 mart 2008 10:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Redaktorlar Birliyinin (RB) növbədənkənar toplantısı keçirilib. RB-nin üzvü Yadigar Məmmədlinin APA-ya verdiyi məlumata görə, toplantıda iki məsələ müzakirə olunub. Bir sıra qurum üzvləri Novruz Bayramı ilə əlaqədar verilən istirahət günlərində cəmiyyətin informasiya təminatında problem yaranmaması üçün qəzetlərin nəşrinin davam etdirilməsi təklifini irəli sürüblər. İclasda iştirak edən redaktorlar istirahət günlərində qəzetlərin öz nəşrini davam etdirməsi ilə bağlı razılığa gəliblər. Y. Məmmədli toplantıda “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin bıçaqlanması ilə bağlı məsələnin də müzakirə edildiyini və hadisəni pisləyən bəyanat qəbul olunduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR