“Azadlıq” qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib

“Azadlıq” qəzetinin bıçaqlanan əməkdaşı Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavininə ifadə verib
# 17 mart 2008 11:10 (UTC +04:00)
A. Xəlil APA-ya bildirib ki, hadisəni təfərrüatı ilə rəis müavininə danışıb və ondan cinayətkarların cəzalandırılması üçün lazımı tədbirlərin görülməsini xahiş edib. E. Hüseynov isə A. Xəlilin ifadəsi əsasında jurnalistə hücum edən şəxsin foto-robotunun hazırlandığını, əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyini, A. Xəlildən hadisə yerində ifadə alınacağını deyib.
Qeyd edək ki, jurnalist bu gün xəstəxanadan evə buraxılıb. Onun müalicə olunduğu Kliniki Tibbi Mərkəzin şöbə müdiri Zaur Məmmədli xəstənin öz xahişi ilə nəzərdə tutulduğundan 3 gün əvvəl evə buraxıldığını və onun həyatı üçün hər hansı təhlükə olmadığını söyləyib. A. Xəlil isə xəstəxanadakı şəraitsizliyə görə öz təşəbbüsü ilə oranı tərk etdiyini və müalicəsini ev şəraitində davam etdirəcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR