Bank Of Baku

Avropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir

Avropa İnformasiya Agentlikləri Alyansının baş katibi Erik Naylen Bakıda səfərdədir
# 17 mart 2008 15:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Avropa İnformasiya Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen və Alyansın büro üzvü, Macarıstan İnformasiya Agentliyinin (MTİ) prezidenti Matyas Vins Bakıda səfərdədir. APA-nın “AzərTAC” dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qonaqlar bu gün “AzərTAC”ın baş direktoru Aslan Aslanovla görüşüblər. A. Aslanov qonaqlara rəhbərlik qurum haqqında məlumat verib,
ölkəmizdə kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün yaradılmış şəraitdən danışıb. EANA-nın baş katibi E. Naylen və Alyansın büro üzvü M. Vins təmsil etdikləri qurum haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycana səfərdə məqsəd ölkədə söz, fikir və mətbuat azadlığının təmin olunması sahəsində həyata keçirilən tədbirlərlə, “AzərTAC”ın EANA-ya üzv qəbul olunması üçün agentliyin fəaliyyəti, maddi-texniki bazası, iş şəraiti ilə tanış olmaqdır. E. Naylen və M. Vinsın baş nazirin müavini Elçin Əfəndiyev, Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşləri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR