Bank Of Baku

Bir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq

Bir neçə qəzetin kollektivi bayram tətilinin yarısını işdə keçirməli olacaq
# 18 mart 2008 14:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanda fəaliyyət göstərən bir neçə qəzetin kollektivi martın 20-dən 28-dək olan doqquz günlük rəsmi istirahət və bayram günlərinin yarısını işdə keçirməli olacaq. APA-nın məlumatına görə, həmin qəzetlərin rəhbərləri martın 24-dən etibarən işə çıxmaq barədə qərar qəbul ediblər. “Bizim Yol”, “Azadlıq”, “Bakı Zaman” və “Yeni Müsavat” qəzetləri martın 25-dən satışda olacaq. Bu qəzetlərlə paralel bir sıra yayım firmaları da martın 24-dən işləyəcək. “Qaya” firmasının direktoru Xanhüseyn Əliyev ümumiyyətlə, firmanın fəaliyyətini dayandırmayacağını deyib. O, martın 23-dək qismən, 24-dən isə tam heyətlə işləyəcəklərini açıqlayıb. “Azərmətbuatyayım” firmasının rəhbəri Vüqar Səfərli isə hələlik bu məsələ ilə bağlı qəti qərar qəbul etmədiklərini söyləyib. O, yayımı ilə məşğul olduqları qəzetlər çap olunacağı təqdirdə, işə çıxacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR