Bank Of Baku

“Azadlıq” qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib

“Azadlıq” qəzetinin əməkdaşına təzyiqlərlə bağlı iki cinayət işi birləşdirilib
# 19 mart 2008 14:22 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlillə təzyiqlə bağlı açılmış iki cinayət işi birləşdirilib. Belə ki, müxbirin bu il fevralın 22-də təzyiqlərə məruz qalması ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7ci polis bölməsində başlanmış cinayət işi ilə onun martın 14də bıçaqlanması faktı üzrə başlanmış cinayət işləri birləşdirilib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqi Nazim Əhmədov məlumat verib. İşi aparan müstəntiq deyib ki, jurnalistə hücum edənlərin həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun sözlərinə görə, hələlik fakt üzrə saxlanılan yoxdur.
Qeyd edək ki, A. Xəlil bu ilin fevralın 22də naməlum şəxslərin hücumuna məruz qalıb. Martın 14-də isə naməlum şəxslər tərəfindən bıçaqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR