Bank Of Baku

Azərbaycan Mətbuat Şurası vətənpərvərlik mövzusunda yazan jurnalistləri mükafatlandırıb

Azərbaycan Mətbuat Şurası vətənpərvərlik mövzusunda yazan jurnalistləri mükafatlandırıb
# 19 mart 2008 14:22 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Azərbaycan Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə vətənpərvərlik mövzusunda yazan jurnalistlər arasında keçirilən ümumrespublika müsabiqənin iştirakçılarına mükafatlar təqdim olunub. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, bu münasibətlə Tərtərdə keçirilən mərasimə KİV təmsilçiləri qatılıblar. Müsabiqənin qalibləri arasında birinci yerə “Yurd yeri” silsilə verilişlərinə görə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Miraslan Bəkirli layiq görülüb. “Tərtəmiz Tərtər” yazısı “Gün səhər” qəzetinin müxbiri Elxan Salahova ikinci yeri qazandırıb. “İki sahil” qəzetinin əməkdaşı Elçin Zaman, “Ayna-Zerkalo” qəzetindən Tural Məmmədov və APA-dan Rəşad Süleymanov vətənpərvərlik mövzusundakı yazılarına görə üçüncü yerlə təltif ediliblər. Bundan başqa, ona yaxın KİV əməkdaşına həvəsləndirici mükafatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR