Bank Of Baku

Həbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb

Həbsdə olan jurnalist Eynulla Fətullayev aclığa başlayıb
# 26 mart 2008 10:46 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Həbsdə olan jurnalist Eynulla Fətullayev bu gündən aclığa başlayıb. Bu barədə APA-ya məlumat verən jurnalistin atası Emin Fətullayev bildirib ki, oğlu ilə martın 25-də görüşüb. Onun sözlərinə görə, Eynulla Fətullayev həbsdə olan üç jurnalistin azadlığa buraxılması, Avropa Şurası və Avropa Birliyi tərəfindən siyasi məhkumların və vicdan məhkumlarının azadlığa buraxılması mexanizmlərinin Azərbaycan ictimaiyyətinə izah olunması tələbləri ilə aclıq edir. E. Fətullayev oğlunun saxlanma şəraitindən və özünə qarşı rəftardan şikayətçi olmadığın da deyib.
Qeyd edək ki, 8 il müddətinə azadlıqdan məhrum edilən Eynulla Fətullayev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR