Bank Of Baku

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşı olmuş bir qrup jurnalist aclıq aksiyasına başlayıb

“Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşı olmuş bir qrup jurnalist aclıq aksiyasına başlayıb
# 27 mart 2008 10:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşı olmuş bir qrup jurnalist aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya qəzetin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu məlumat verib. Ş. Çobanoğlunun sözlərinə görə, bu tədbir həmin mətbuat orqanının baş redaktoru olmuş Eynulla Fətullayevin həbsxanada başladığı aclıq aksiyasına həmrəylik üçün keçirilir. Ş. Çobanoğlu artıq bu gündən aclıq aksiyasına başladığını da deyib: “Eynulla Fətullayev martın 26-dan saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində aclığa başlayıb. Hazırda aksiya ilə bağlı texniki məsələlər həll olunub. Sabahdan tam tərkib bəlli olacaq. Hələlik isə mənimlə birlikdə 5 nəfərin aksiyada iştirakı müəyyənləşib. Bunlar qəzetin əməkdaşları Üzeyir Cəfərov, Səlim Əzizoğlu, Natiq Cavadlı, Elşən Qədimovdur. Aksiya üçün “Yeni Müsavat” qəzetinin redaksiyasında bir otaq ayrılıb”. Ş. Çobanoğlu deyib ki, aksiyada beynəlxalq təşkilatlara ünvanlanacaq tələblər də var: “Beynəlxalq təşkilatların bu günə qədər apardığı xətt bizi qane etməyib və nəticə verməyib. Buna görə də etirazımızı bildiririk”.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə APA-ya deyib ki, E. Fətullayevin həbsxanada aclıq aksiyasına başlaması ilə bağlı onda məlumat yoxdur: “ Çünki biz bayram tətili ilə əlaqədar işləmirik. İş martın 29-da başlayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR