Bank Of Baku

Bir qrup jurnalistin başladığı aclıq aksiyasına yeni qoşulanlar var

Bir qrup jurnalistin başladığı aclıq aksiyasına yeni qoşulanlar var
# 28 mart 2008 10:26 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. “Gündəlik Azərbaycan” və “Realnıy Azərbaycan” qəzetlərinin əməkdaşı olmuş bir qrup jurnalistin keçirdiyi aclıq aksiyasına yeni qoşulanlar var. Bu barədə APA-ya qəzetin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu məlumat verib. Ş. Çobanoğlu deyib ki, 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Eynulla Fətullayev aclıq aksiyasını davam etdirir. Onun sözlərinə görə, aclıq aksiyasına başqa qəzet redaksiyalarından qoşulanlar yoxdur. Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, Nərimanov Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sabiq rəisi Müşfiq Mədətov və sabiq hərbi qulluqçu Rasim Əkbərov da aclıq aksiyasına başlayıblar. Bu barədə APA-ya “Azadlıq” qəzetinin redaktoru Azər Əhmədov məlumat verib. A. Əhmədovun sözlərinə görə, “Azadlıq” qəzetini həbsdə olan baş redaktoru Qənimət Zahidin də aclıq aksiyasına başlaması gözlənilir.
Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildirilib ki, R. Bəşirlinin, R. Əkbərovun və M. Mədətovun aclıq aksaiyalarına başlamaları ilə bağlı məlumat yoxdur.
Xatrladaq ki, E. Fətullayev martın 26-dan aclıq aksiyasına başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR