Bank Of Baku

Azərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib

Azərbaycan Mətbuat Şurasının sədri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkib
# 29 mart 2008 14:53 (UTC +04:00)
Bu barədə APA-ya açıqlama verən MŞ-nın sədri həmkarlarının bütün aksiyasına, o cümlədən aclıq aksiyasına hörmətlə yanaşdığını bildirib: “Ancaq burada bir nüansı qeyd etmək istəyirəm ki, aclıq məqsədə çatmaq üçün heç də son vasitə deyil. Çünki bu aksiyanın mahiyyətində insan taleyi dayanır. Ona görə də aclığa çox ciddi yanaşılmalıdır. Aclıq olum və ölüm arasında seçimdir, istəyinə nail olmadıqda insanın ölüm ərəfəsi özünə şüurlu sui-qəsdidir, yəni ölümü bilə-bilə qəbul etməsidir”. Ə. Amaşov aksiya keçirən jurnalistlərə bütün bunları nəzərə almağı tövsiyə edib. Onun sözlərinə görə, MŞ heç vaxt həbsdə olan jurnalistlərin taleyinə biganə qalmayıb, onların azadlığa çıxması üçün səyləri əsirgəməyib: “Biz bu yolu sonuncu jurnalist məhbəsi tərk edənədək davam etdirəcəyik”.
Qeyd edək ki, Eynulla Fətullayevlə həmrəylik nümayiş etdirən jurnalistlər Şahvələd Çobanoğlu, Elşən Balaxanılı, Zahid Səfəroğlu aclığı davam etdirirlər. Bu gün aksiyaya jurnalist Natiq Cavadlı və Azərbaycan Demokratik Gənclər Hərəkatının sədri Ağası Şakiroğlu da qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR