Bank Of Baku

Nuşirəvan Məhərrəmli: “Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur”

Nuşirəvan Məhərrəmli: “Telekanallarda türk dilində filmlərin yayımına dair xüsusi müzakirələrə ehtiyac yoxdur”
# 31 mart 2008 11:53 (UTC +04:00)
Şura sədri deyib ki, televiziya kanalları MTRŞ-nin türk dilində olan filmlərlə bağlı tövsiyələrinə uyğun hərəkət edirlər: “Türkiyədə istehsal olunan seriallara həftə ərzində 10-12, bəzən isə 14 saat vaxt ayrılıb. Bu, çox da böyük rəqəm deyil, bu səbəbdən xüsusi müzakirələr açmağa ehtiyac yoxdur. Türk dilində olan filmlərin yayımına daha çox vaxt ayrılsa, bu prosesə müdaxilə edəcəyik”. N. Məhərrəmli televiziya kanallarında Azərbaycan dilindən istifadə, reklamların yerləşdirilməsi və qanunvericiliyin digər tələbləri ilə bağlı şura tərəfindən aparılan monitorinqin davam etdirildiyini də deyib: “Bununla bağlı ciddi problemlər aşkar etməmişik. Amma çox təəssüf ki, Azərbaycanda yaşayan ziyalılardan bəziləri kanallarda öz fikirlərini ana dillərində ifadə edə bilmirlər. Bu, çox utandırıcı bir haldır. Bir sıra kanallarda onların fikirlərinin tərcüməsi titrlərdə verilir. Bəzi kanallar isə buna az diqqət yetirirlər. Təəssüf ki, Azərbaycanda bu cür danışan şəxslər də var. Onlar öz xalqlarına, ana dillərinə, mənsub olduqları ölkənin qanunlarına hörmətsizlik nümayiş etdirirlər. Biz kanallara bu faktların aradan qaldırılması üçün müvafiq tövsiyələr veririk. Azərbaycan dilini bilməyənlərin fikirləri ya tərcümə olunmalı, ya da həmin şəxslər efirdə çıxış etməməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR