Bank Of Baku

Söz Azadlığını Müdafiə Komitəsinin təklifi ilə zəncirvarı aclıq aksiyasına başlanılıb

Söz Azadlığını Müdafiə Komitəsinin təklifi ilə zəncirvarı aclıq aksiyasına başlanılıb
# 31 mart 2008 12:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Söz Azadlığını Müdafiə Komitəsi üzvlərinin təklifi ilə bu gündən zəncirvarı aclıq aksiyasına başlanılıb. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu bildirib. Onun sözlərinə görə, aksiyaya qoşulmaq istəyənlər öz iş yerlərində aclıq keçirəcəklər. Aclıq aksiyasına dəstək olaraq bu gün hüquq müdafiəçisi Arzu Abdullayeva və onun köməkçisi Aynur Elgünəş öz ofislərində aclıq aksiyasına başlayıblar. Ş. Çobanoğlu onların öz ofislərində aclıq aksiyasına başlamasını yer darlığı ilə izah edib. Onun sözlərinə görə, Natiq Cavadlı, Elşən Məmmədəliyev və Zahid Səfəroğlu Müsavat Partiyasını qərargahında aclıq aksiyasını davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR