Bank Of Baku

Partiyalar jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb

Partiyalar jurnalistləri aclıq aksiyasını dayandırmağa çağırıb
# 31 mart 2008 17:04 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Müsavat Partiyası Divanının iclasında jurnalistlərin aclıq aksiyası ilə bağlı müzakirə aparılıb. APA-nın məlumatına görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər partiya qərargahında aclıq edənlərə baş çəkib. Partiya başqanı aclıq edənlərin, o cümlədən həbsdə olan jurnalist Eynulla Fətullayevin aksiyanı dayandırmasını xahiş edib. Bundan başqa, Azərbaycan Demokrat Partiyası da jurnalistləri aksiyanı dayandırmağa çağırıb. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyətinin toplantısında isə jurnalistlərə həmrəylik nümayiş etdirmək məqsədi ilə partiya üzvlərinin bir günlük aclıq aksiyası keçirməsinə qərar verilib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru olmuş Şahvələd Çobanoğlu APA-ya bildirib ki, aksiyanı E. Fətullayev aclığı dayandırana qədər davam etdirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR