Bank Of Baku

Qənimət Zahid də aclığa başlayıb

Qənimət Zahid də aclığa başlayıb
# 01 aprel 2008 10:06 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Bayıl İstintaq Təcridxanasında müddətsiz aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov məlumat verib. A. Əhmədov deyib ki, qəzetin həbsdəki əməkdaşı Mirzə Sakitin də aclıq aksiyasına başlaması gözlənilir. Bir qrup jurnalistin aclıq aksiyası isə davam edir. Bu gün hüquq müdafiəçisi Arzu Abdullayeva və onun köməkçisi Aynur Elgünəş aclıq aksiyasını dayandırıblar.
“Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru və təsisçisi olmuş Eynulla Fətullayevin də aclıq aksiyası davam edir. Bunu onun vəkili İsaxan Aşurov bildirib.
Qeyd edək ki, aksiyanı martın 26-da E. Fətullayev başlayıb. Digər jurnalistlər də ona dəstək olaraq aksiyaya qoşulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR