Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü jurnalistlərin aclıq aksiyasına qoşulub

Azərbaycan Milli Məclisinin üzvü jurnalistlərin aclıq aksiyasına qoşulub
# 02 aprel 2008 08:39 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevlə həmrəylik məqsədilə keçirilən aclıq aksiyasına bu gün “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və millət vəkili Pənah Hüseyn də qoşulub. Bu barədə APA-ya R. Arifoğlu məlumat verib. “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru olmuş, hazırda aclıq edən Şahvələd Cobanoğlu isə APA-ya deyib ki, Müsavat Partiyasının qərargahında jurnalistlər Elşən Məmmədəliyev, Zahid Səfəroğlu və Zamin Hacı aclıq edir. Onun sözlərinə görə, dünəndən Əli Bayramlıda aclığa qoşulan Həsrət Bəbirov və Vüqar Həsənli də aksiyasını davam etdirirlər.
Müraciətlərə baxmayaraq, E. Fətullayev də martın 26-da başladığı aclıq aksiyasını dayandırmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR