Bank Of Baku

Söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı mart ayı üçün keçirilən monitorinqin nəticələri açıqlanıb

Söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı mart ayı üçün keçirilən monitorinqin nəticələri açıqlanıb
# 02 aprel 2008 11:57 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Demokratik Jurnalistlər Liqasının (DJL) “Media problemlərinin monitorinqi, jurnalistlərə hüquqi və maddi yardım” layihəsi çərçivəsində mart ayı üçün söz və mətbuat azadlığı sahəsindəki vəziyyətlə bağlı keçirdiyi monitorinqin nəticələri açıqlanıb. DJL-dən APA-ya verilən məlumata görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən monitorinqin nəticələrinə görə martda bu sahədə 37 fakt qeydə alınıb. “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin Yasamal Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsi, həmin qəzetin əməkdaşı Aqil Xəlilin naməlum şəxslər tərəfindən bıçaqlanması, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayevin aclıq aksiyasına başlaması faktları da hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, mart ayında bir KİV-in iki əməkdaşı 1 saata yaxın polis bölməsində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR