Bank Of Baku

Diplomatik korpusun nümayəndələri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkiblər

Diplomatik korpusun nümayəndələri aclıq aksiyası keçirən jurnalistlərə baş çəkiblər
# 02 aprel 2008 14:16 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri Müsavat Partiyasının qərargahında aclıq aksiyası keçirən jurnalistlərə baş çəkiblər. APA-nın məlumatına görə, ATƏT-in Bakı Ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Culian Markard-Narten jurnalistlərə bildirib ki, ATƏT bu aksiyanın gedişini diqqətlə izləyir və bütün məlumatları ATƏT Baş Katibliyinə göndərir: “Əlbəttə ki, media nümayəndələrinin bu kimi aksiyalar keçirməli olduğuna görə çox təəssüflənirik. Bu sahədə vəziyyətin düzələcəyinə ümidvarıq”. Norveç səfirliyinin əməkdaşı Riçard Skarboroq da aclıq edən jurnalistlərə baş çəkib.
Həbsxanada aclıq aksiyası keçirən jurnalist Eynulla Fətullayevin atası bu gün oğlu ilə görüşüb. Bu barədə jurnalistlərə məlumat verən Emin Fətullayev bildirib ki, oğlu aksiyanı dayandırmaq niyyətində deyil: “O bildirdi ki, tələbləri yerinə yetirilmədiyinə görə aclıq aksiyasını davam etdirəcək. Aclıq aksiyası keçirməsinə baxmayaraq, Eynullanın səhhəti normaldır, o, bir az arıqlasa da, özünü yaxşı hiss edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR