Bank Of Baku

Aclıq elan etmiş 3 jurnalist aksiyanı dayandırıb

Aclıq elan etmiş 3 jurnalist aksiyanı dayandırıb
# 03 aprel 2008 09:02 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Aclıq aksiyası keçirən “Yeni Müsavat” qəzetinin əməkdaşları Zahid Səfəroğlu, Elşən Məmmədəliyev və Zamin Hacı bu gün səhər aksiyanı dayandırıblar. Bu barədə APA-ya jurnalist Şahvələd Çobanoğlu məlumat verib. O bildirib ki, E. Məmmədəliyev 7, Z. Səfəroğlu isə 8 gün aclıq etdiklərindən vəziyyətləri pisləşib və onlardan aksiyanı dayandırmaq xahiş olunub: “Zamin Hacı iki gün aclıq edib. Bu günlər ərzində onun təzyiqi həddən artıq aşağı düşüb. Bu səbəblə ondan da aclıq aksiyasını dayandırmağı xahiş etdik”. Ş. Çobanoğlunun sözlərinə görə, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və millət vəkili Pənah Hüseyn iki gündür aclıq aksiyasını davam etdirirlər. Bu gün səhər Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və partiya İdarə Heyətinin 14 üzvü də bir günlük aclıq elan edib.
Qeyd edək ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Eynulla Fətullayev də artıq 9 gündür həbsxanada aclıq keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR