Bank Of Baku

“Hürriyyət” qəzeti dövriliyini azaldır

“Hürriyyət” qəzeti dövriliyini azaldır
# 03 aprel 2008 10:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Hürriyyət” qəzeti dövriliyini azaldır. Qəzetin baş redaktoru Süleyman Məmmədlinin APA-ya verdiyi məlumata görə, maliyyə problemləri ilə əlaqədar olaraq “Hürriyyət” həftədə iki dəfə, 2-ci və 6-cı günlər satışda olacaq. Baş redaktor qəzetin satışından əldə olunan gəlirlə kollektivi saxlamağın və çap xərclərini ödəməyin çətin olduğunu bildirib: “Biz bilirik ki, bu il seçki ilidir və qəzetin dövriliyini azaltmaq düzgün deyil. Amma bizim başqa yolumuz yoxdur”. S. Məmmədli maliyyə problemləri həll olunandan sonra qəzetin gündəlik nəşrinin bərpa olunacağını bildirib. Qeyd edək ki, 1991-ci ildən təsis olunan “Hürriyyət” qəzeti son bir ildə həftədə 5 dəfə nəşr edilirdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR