Bank Of Baku

Əli Həsənov: “Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir”

Əli Həsənov: “Azərbaycan mediasının bir çox problemləri onun öz iqtisadi müstəqilliyini təmin edə bilməməsindən irəli gəlir”
# 03 aprel 2008 16:40 (UTC +04:00)
Ona görə də biz Mətbuat Şurası və digər jurnalist təşkilatları ilə birlikdə müstəqil medianın iqtisadi bazasının gücləndirilməsi istiqamətində tədbirlər planlaşdırır, o cümlədən bu işlərin həyata keçirilməsinə dövlət dəstəyi proqramı adlı sənəd üzərində işləyirik”. APA-nın məlumatına görə, bu sözləri Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Avropa Komissiyasının Azərbaycanın Avropa Qonşuluq Siyasəti çərçivəsində imzalanmış Fəaliyyət Planını yerinə yetirməsi vəziyyətinə dair hesabatında Azərbaycanda media azadlığının təmin edilməsində boşluqların olması, mətbuatın iqtisadi asılılığın hələ də aradan qaldırılmaması ilə bağlı müddəaya münasibət bildirərkən deyib. Bazar iqtisadiyyatı şəraitində bütün mediaya yardım göstərməyin, onların ayaq üstə qalmasını təmin etmək üçün dövlət dəstəyinin yetərli olmadığını qeyd edən şöbə müdirinin sözlərinə görə, bazar iqtisadiyyatı şəraitində hər media özünün kommersiya strukturu kimi dolandırmaq imkanlarını özü müəyyənləşdirməlidir: “Lakin Azərbaycanın informasiya ehtiyaclarını ödəmək baxımından bu işə dövlət dəstəyini də nəzərdə tuturuq və bu işlər həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR