Bank Of Baku

Daha iki jurnalist aclıq aksiyasına qoşulduğunu bildirib

Daha iki jurnalist aclıq aksiyasına qoşulduğunu bildirib
# 03 aprel 2008 16:55 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gündən etibarən “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və şöbə redaktoru Yaşar Ağazadə də həbsdə olan jurnalistlərin azadlığa buraxılması tələbi ilə keçirilən aclıq aksiyasına qoşulublar. “Müxalifət” qəzetindən APA-ya daxil olan məlumata görə, R. Kəbirli səhhətində olan problemlə əlaqədar aclıq aksiyasını bir gün keçirəcək. Y. Ağazadə isə səhhəti imkan verdiyi qədər aksiyaya dəstək verəcək. Qəzet fəaliyyətini bərpa etdiyi üçün jurnalistlər aclıq aksiyasını yataq şəraitində deyil, iş başında keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR