Bank Of Baku

“Bakı Zaman” qəzetinin kollektivi bu gündən aclıq aksiyasına başlayıb

“Bakı Zaman” qəzetinin kollektivi bu gündən aclıq aksiyasına başlayıb
# 04 aprel 2008 09:03 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. “Bakı Zaman” qəzetinin kollektivi bu gündən aclıq aksiyasına başlayıb. Bu barədə APA-ya qəzetin redaksiyasından məlumat verilib. “Gündəlik Azərbaycan” qəzetini şef-redaktoru olmuş Şahvələd Çobanoğlu APA-ya deyib ki, bu gündən “Turan” İnformasiya Agentlyinin baş direktoru Mehman Əliyev, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Nemət Əliyev, hərbi ekspert Üzeyr Cəfərov və jurnalist Çingiz Sultansoy da aclıq aksiyasına başlayıb. Ş. Çobanoğlu bildirib ki, Müsavat Partiyasının qərərgahında millət vəkili Pənah Hüseyn, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, AXCP sədrinin müavini Fuad Mustafayev, Azərbaycan Leberal Partiyasının sədr əvəzi Əvəz Teymirxan aclıq aksiyasını davam etdirir. Ş. Çobanoğlunun sözlərinə görə, Eynulla Fətullayev saxlanıldığı həbsxanada aclıq aksiyasını davam etdirir. Jurnalistlərin aclıq aksiyasına dəstək məqsədilə bir günlük aksiya keçirən Klassık Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və partiyanın İdarə Heyətinin 14 üzvü bu gün səhərdən aclıq aksiyasını dayandırıb. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR