Bank Of Baku

“Aqo” qrupu ilə görüşdə ANS-in vitse-prezidenti Eynulla Fətullayevi “mətbuatın killeri” adlandırıb

“Aqo” qrupu ilə görüşdə ANS-in vitse-prezidenti Eynulla Fətullayevi “mətbuatın killeri” adlandırıb
# 04 aprel 2008 09:41 (UTC +04:00)
Bu barədə APA-ya Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan daxil olan press-relizdə bildirilib. S. Mustafayev bildirib ki, 2006-cı lillə müqayisədə 2007-ci il ANS üçün heç də pis olmayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinə bəzi mövzular istisna olmaqla ANS kifayət qədər dolğun məlumat verib. Jurnalistlərin müdafiəsinə gəldikdə isə S. Mustafayev bildirib ki, ANS bəzi jurnalistləri bilərəkdən müdafiə etmir, çünki ANS onları jurnalist saymır. Misal kimi Eynulla Fətullayevin adını çəkən ANS-in vitse-prezidenti “Realnıy Azerbaydjan” qəzetinin baş redaktorunu jurnalist yox, əksinə, “mətbuat killeri” adlandırıb. S. Mustafayev həmçinin bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayan ölkə olduğundan, burada söz azadlığını gözləmək illüziya olar. Onun fikrincə, nə vaxt Qarabağ problemi həll olunarsa, o zaman Azərbaycanda söz azadlığı da olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR