Bank Of Baku

Mətbuat Şurası mart ayı üzrə mətbuatda ümumi tendensiyaları müəyyənləşdirib

Mətbuat Şurası mart ayı üzrə mətbuatda ümumi tendensiyaları müəyyənləşdirib
# 04 aprel 2008 11:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycan Mətbuat Şurası mətbuatda ümumi tendensiyaları müəyyənləşdirmək məqsədilə aylıq monitorinqlərini davam etdirir. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, ötən ay ölkə mətbuatında gedən materialların ümumi sayı yanvar və fevralla müqayisədə xeyli azalıb: “Bunun başlıca səbəbi martın üçüncü ongünlüyünün ölkədə Novruz bayramı ilə əlaqədar qeyri-iş günü elan edilməsi və həmin müddətdə qəzetlərin tam əksəriyyətinin işıq üzü görməməsidir. Mart ayı ərzində iqtidar-müxalifət münasibətləri ilə bağlı məqamların kəskin formada KİV-də işıqlandırılmasında, habelə hansısa KİV-in sırf siyasi mövqedən çıxış etməsi kimi tendensiyalarda müəyyən yumşalmalar özünü göstərməkdədir ki, bu da öz növbəsində peşə prinsiplərinin pozulması hallarının azalmasına gətirib”. Hesabatda bildirilir ki, mart ayında da KİV-lərin bir-birlərinin materiallarından bəhrələnməsi praktikası davam edib: “Belə materialların sayı 5158-dir. Yenə də Azəri-Press Agentliyinin (APA) məlumatlarına istinad faizi yüksəkdir. “Olaylar” qəzeti isə digər nəşrlərlə müqayisədə istisnalıq təşkil edir. Nəşrdəki materialların tam əksəriyyəti eyni adlı informasiya agentliyindən götürülüb”.
Hesabatda deyilir ki, mətbuatda ictimai təşkilatlar və QHT-lərdən alınan informasiyalar əsas yer tutur. Şuranın monitorinqinin nəticəsinə əsasən mənbənin göstərilməməsi, gizli mənbəyə istinad halları fevralla müqayisədə azalsa da, bunu nisbi saymaq düzgündür. Monitorinqi aparılan qəzetlər mart ayı ərzində Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının müxtəlif bəndlərini ümumilikdə 146 dəfə pozublar və siyasi partiyalara yaxın mətbu orqanlarının materiallarında müxtəlif dərəcəli təhqir elementlərinə də rast gəlinib: “Ümumilikdə aparıcı mətbuatda müxtəlif təhqir elementlərinin faizində azalma müşahidə olunmaqdadır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR