Bank Of Baku

Elmira Süleymanova: “Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir”

Elmira Süleymanova: “Azərbaycanda mətbuatla bağlı problemlərin olması fikri həqiqətdir”
# 04 aprel 2008 12:22 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycanda mətbuat sahəsində problemlərin olmasına dair Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində Azərbaycanla imzalanmış Fəaliyyət Planının icrası ilə bağlı hesabatda yer almış fikirlər həqiqətdir. Bu məsələ ilə bağlı müraciətlər dövlət orqanları tərəfindən incikliklə qarşılanır ki, dövlətin nə marağı var öz mətbuatına təzyiq etsin və adı hallansın. Hər bir saxlanılan jurnalistə mütləq qanun çərçivəsində yanaşılmalıdır. Biz Avropa Şurasının üzvü və Avropa İnsan Hüquqları Konvensiyasını imzalamış ölkəyik”. Bu sözləri APA-ya açıqlamasında ombudsman Elmira Süleymanova deyib. O, hər sahədə olduğu kimi, insan hüquqlarının təmin olunması sahəsində də islahatlar keçirildiyini bildirib: “Media nümayəndələri jurnalist etikasına, mətbuat haqqında qanuna riayət etməli, xalqa, milli dəyərlərə hörmətlə yanaşmalıdır. Eyni zamanda dövlət də söz azadlığını məhdudlaşdıran hər hansı hərəkətə yol verməməlidir. Qarşılıqlı əməkdaşlıqla, bir-birimizə dəstək verməklə eybəcər halları həyatımızdan rədd edəcəyik. Jurnalistlərlə bağlı elə bir hal olmayıb ki, biz hadisə yerində olmayaq, təhlil aparmayaq, müraciət etməyək. Əfvlə bağlı prezidentə müraciət etdik və 6 jurnalist əfv olundu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR