Bank Of Baku

Baş Prokurorluq: “Azadlıq” qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib”

Baş Prokurorluq: “Azadlıq” qəzetinin rəhbərliyi istintaq məlumatlarını yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib”
# 04 aprel 2008 18:14 (UTC +04:00)
Bakı-APA. “Azadlıq” qəzetinin rəhbərliyi dezinformasiya xarakterli bəyanatları ilə cəmiyyətdə çaşqınlıq yaradaraq, istintaq məlumatlarını yaymaqla yaymaqla istintaqın gedişinə kobud müdaxilə etməyə cəhd göstərib ki, bu da qanunla yolverilməzdir”. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan və “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirlərinə münasibət bildirildiyi press-relizində qeyd olunub. Baş Prokurorluqdan bildirilib ki, bununla əlaqədar A. Əhmədov Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq, ona ibtidai istintaq məlumatlarını yaymağa görə Cinayət Məcəlləsinin 300-cü maddəsi ilə nəzərdə tutulan məsuliyyət haqqında xəbərdarlıq edilib: “İbtidai istintaq ciddi olaraq Cinayət-Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilir və Aqil Xəlilin hüquqları ilk gündən onun müdafiəçisi tərəfindən təmin olunur. İstintaqın nəticəsinə dair Baş Prokurorluq tərəfindən vaxtı çatanda geniş açıqlama veriləcək”.
Qeyd edək ki, bu gün saat 16.00-da “Azadlıq” qəzetinin baş direktoru A. Əhmədov mətbuat konfransı keçirərək, A. Xəlilə istintaq orqanlarının təzyiq etməsi ilə bağlı fikirlər söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR