Bank Of Baku

Ombudsman Elmira Süleymanova Eynulla Fətullayevlə görüşüb

Ombudsman Elmira Süleymanova Eynulla Fətullayevlə görüşüb
# 06 aprel 2008 10:52 (UTC +04:00)
Ombudsman Aparatından APA-ya daxil olan məlumata görə, E. Süleymanova 12 gün ərzində aclıq aksiyası keçirən E. Fətullayevin saxlanma şəraiti, hazırkı durumu və səhhəti ilə bağlı araşdırma aparıb. Müəyyən edilib ki, E. Fətullayev müəssisənin tibb məntəqəsində yerləşdirilib və mütəmadi həkim nəzarətindədir. Müvəkkil jurnalistə bu məsələnin onun nəzarətində olduğunu bildirib, uzunmüddətli aclığın onun səhhətinə ziyan vurduğunu, artıq aclıq aksiyası ilə məqsədinə çatdığını və aksiyanı dayandırmağı tövsiyə edib. E. Süleymanova həmçinin cəzaçəkmə müəssisəsində jurnalistin atası Emin Fətullayev, vəkili İsaxan Aşurov, müəssisənin rəisi Aftandil Ağayev və həkimi Nemət Rəhimovla görüş keçirib. Müvəkkil E. Fətullayevin səhhətinin nəzarətdə saxlanılmasını, vəziyyətə görə təxirəsalınmaz tədbirlər görülməsini tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR