Bank Of Baku

Mikloş Haraşti Qənimət Zahid və Mirzə Sakitlə görüşüb

Mikloş Haraşti Qənimət Zahid və Mirzə Sakitlə görüşüb
# 08 aprel 2008 12:26 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Azərbaycanda səfərdə olan ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bu gün 1 saylı Bayıl İstintaq Təcridxanasında saxlanılan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı, 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitlə görüşüb. Bu barədə APA-ya Mikloş Haraşti ilə birgə görüşlərdə iştirak edən İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib. E. Behbudov deyib ki, ATƏT-in Bakı Ofisinin sədr müavini Aleks Şahtaxtinskinin də qatıldığı heyət hər iki məhbusla təklikdə söhbət aparıb. Komitə sədri Q. Zahidin və M. Sakitin həbsdə olan jurnalistlərin azadlığı buraxılması tələbi ilə keçirdikləri aclıq aksiyasını dayandırdıqlarını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR