Bank Of Baku

Mikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib

Mikloş Haraşti Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib
# 09 aprel 2008 15:40 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva - APA. “Azərbaycanda medianın vəziyyəti ilə bağlı narahatlıq doğuran məqamlar və problemlər var”. APA-nın məlumatına görə, bu sözləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi bu gün Azərbaycana səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. O, Azərbaycan mediasını peşəkarlığa və etik normalara riayət etməyə çağırıb. Xüsusi nümayəndə “Azadlıq” qəzetinin müxbiri Aqil Xəlillə bağlı televiziyaların nümayiş etdirdiyi reportaja da münasibətini bildirib və bu reportajın yayılmasından narahatlığını ifadə edib. O, baş prokuror Zakir Qaralovla görüşdüyünü və A. Xəlilə xəsarət yetirən şəxslərlə bağlı tədbir görülməməsindən, həmçinin Elmar Hüseynovun qatillərinin tapılmamasından narahatlıq keçirdiyini diqqətə çatdırdığını bildirib. M. Haraşti A. Xəlilin anası ilə də görüşüb, onunla oğlu ilə bağlı son hadisələr ətrafında söhbət edib. A. Xəlillə bağlı məsələnin siyasiləşdirilməsinin əleyhinə olduğunu qeyd edən xüsusi nümayəndə cinayət işinin araşdırılmasının vacibliyini vurğulayıb. M. Haraşti Azərbaycan hökumətini həbsdə olan jurnalistləri azad etməyə də çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR