Bank Of Baku

“Azadlıq” radiosunun prezidenti: “Azərbaycanda rəqabət və seçim imkanı var”

“Azadlıq” radiosunun prezidenti: “Azərbaycanda rəqabət və seçim imkanı var”
# 17 aprel 2008 09:47 (UTC +04:00)
APA-nın məlumatına görə, C. Gedmin görüşdə Bakıya ilk dəfə gerçəkləşən səfərinin səbəblərini açıqlayıb: “Səfərimdə məqsəd “Azadlıq” radiosunun Bakı bürosunun işi ilə tanış olmaq, büronun işinə dəstək nümayiş etdirmək, Azərbaycanın rəsmi nümayəndələri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşüb mətbuat və media azadlığı ilə bağlı məlumatlar əldə etməkdir. Hər bir amerikalı kimi mən də Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığını yüksək dəyərləndirirəm, demokratiya, təhlükəsizlik və enerji sahəsində bu əməkdaşlıq davam edir”. Rəhbərlik etdiyi radionun əsas məqsədinin qərəzsiz, obyektiv, balanslaşdırılmış informasiya yaymaq olduğunu deyən Gedmin 28 dildə yayımlanan radionun qeyri-azad və qismən azad ölkələrdə yayımlandığını söyləyib. Azərbaycanda rəqabət və seçim imkanının olduğunu deyən Gedmin “Azadlıq” radiosunun heç vaxt öz işindən razı qalmadığını, həmişə axtarışda olduğunu deyib. Gedmin radionun Azərbaycan bürosu barədə danışaraq bildirib ki, bu büronun əməkdaşları Praqa və Bakıda çalışırlar: “Onlar azad şəkildə fəaliyyət göstərirlər, amma bəzi istisnalar da olur, hədə-qorxu faktları da baş verir. Bununla belə mən Azərbaycan hökumətinə radionun Azərbaycanda yayımlanması və büronun fəaliyyətinə imkan yaratdığına görə minnətdarlığımı bildirirəm”. “Azadlıq” radiosunun Azərbaycan bürosunun əməkdaşlarının maliyyə problemləri olduğu barədə məlumat aldığını deyən Gedmin radionu maliyyələşdirən ABŞ Konqresi qarşısında əlavə maliyyə vəsaitinin ayrılması barədə məsələ qaldıracağını söyləyib. Görüşdə Azərbaycan cəmiyyətində gender bərabərliyi, mətbuat azadlığı, jurnalistlərin peşəkarlığın yüksəlməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR