Bank Of Baku

Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub

Türkiyənin Azərbaycandakı səfiri Mətbuat Şurasında olub
# 18 aprel 2008 12:16 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. Bu gün Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç Azərbaycan Mətbuat Şurasında olub. MŞ-dan APA-ya daxil olan məlumata görə, Əflatun Amaşov səfirə Mətbuat Şurasının fəaliyyəti, media-hakimiyyət, media-ictimaiyyət münasibətlərinin tənzimlənməsi sahəsində gördüyü işlərlə bağlı məlumat verib. Şura sədri bu il aprelin 29-da Bakıda keçiriləcək Türkiyə və Azərbaycan jurnalistlərinin II beynəlxalq konfransının keçiriləcəyini və bunun iki ölkə KİV-lərinin əməkdaşlığına mühüm töhfə verəcəyini deyib.
Öz növbəsində səfir H. Kılıç Mətbuat Şurasına baş çəkməsinin ölkə KİV-ləri ilə daha yaxından tanışlığın başlanğıcı olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR