Bank Of Baku

Baş prokurorun köməkçisi “Azadlıq” qəzetinin əməkdaşının valideynləri ilə görüşüb

Baş prokurorun köməkçisi “Azadlıq” qəzetinin əməkdaşının valideynləri ilə görüşüb
# 18 aprel 2008 15:47 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilin valideynləri bu gün Kürdəmir Rayon Prokurorluğunda baş prokuror Zakir Qaralovun köməkçisi Azər Əsgərovla görüşüblər. Bu barədə APA-ya “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov bildirib. A. Əhmədov deyib ki, baş prokurorun köməkçisi A. Xəlil və onun valideynlərindən aprelin 3 və 4-də prokurorluq əməkdaşları ilə görüşlərinin təfərrüatları barədə məlumat alıb. Onun sözlərinə görə, Kürdəmir Rayon Prokurorluğunda A. Xəlilin valideynləri ilə görüş təxminən 4 saata yaxın çəkib.
Qeyd edək ki, A. Xəlilin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin işi ilə bağlı baş prokuror Zakir Qaralova müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR